Əhməd Qələmli


: 14/02/2015    : 455


Elektrik

Əhməd Qələmli

Elektrik — fiziki əsasında yüklənmiş mikroskopik hissəciklərin (elektron, ion, molekul və onların kompleksi) olduğu cismin və prosesin xassələri və dəyişilməsini izah edən anlayışdır. O, sakit və hərəkətdə olan elektrik yükünü, həmçinin elektrik və maqnit sahəsi ilə əlaqədar fenomenləri əhatə edir. Elektrik yükünün daşıyıcısı — mənfi yüklənmiş elektronlar, ionlar və müsbət yüklənmiş proton və kationlardır. Eyni qütblü yüklər bir-birini itələyir, müxtəlif yüklülər isə cəlb edir. Elektrik yükləri elektrik sahəsinin, hərəkətli yüklər isə maqnit sahəsinin əsasını
təşkil edir.

Elektromaqnetik dalğalar elektromaqnetik sahənin “həyəcanlanmasıdır” və yarandıqdan sonra yük daşıyıcılarından asılı olmayaraq hərəkət edə bilir.

Elektrik yüklərinin keçiricidə hərəkəti sərbəst elektronların nizamlanmış hərəkətindən ibarətdir. Bərk cisimlər keçiricilər, yarımkeçiricilər və dielektriklərə bölünür.


Açar sözlər

elektrik elektron fiziki kompleks mikroskop molekul