“Qönçə” dərgisi 1. say – Oktyabr 2013


Gonca jurnali.indd
“Qönçə” dərgisi 1. say – Oktyabr 2013
Dərgi haqqında
  • Çap tarixi: 2013
  • Səhifə: 36 səhifə
  • Ölçü: 210x297
  • Qiymət: 2.50 AZN

: 27/12/2014    : 713


Bir yaz günündə salamlamışdıq sizləri, sevgili dostlar. İlk, daha doğrusu, nümunə sayımızla qonaq gəlmişdik evlərinizə və könüllərinizə. Yaz və yay günləri idi. “Qönçə”nin səhifələrində səyahət etdiyiniz ilk günlər.

Budur, bir müddət sonra sizin dərginiz yenə sizin əllərinizdədir. Və artıq hər ay görüşünüzə gəlmək ümidindəyik – fasilə vermədən.

Dəyərli dostlar, nümunə sayımızda dərgimizin məqsədi, hədəfləri, maraq dairəsi, həmçinin gələcək planları haqqında bəhs etmişdik. Bir daha bildirmək istəyirik ki, dərgimizin hər bir sayında bir-birindən maraqlı şeirlər, hekayələr, nağıllar oxuyacaq, eyni zamanda, elmi biliklər qazanacaqsınız. “Gülüş çələngi” sizi güldürəcək, “Düşün, tap” rubrikası isə olduqca əyləncəli və heç də asan olmayan suallarla qarşılayacaq sizi.

Əziz qönçəsevərlər. Biz istəyirik ki, sizin dərginiz sizsiz olmasın. Bu məqsədlə bir neçə saydan sonra məhz sizin üçün yeni – “Poçt qatarı” rubrikasını açacağıq. Bu rubrika sizdən gələn şeir, rəsm, hekayə və s.-dən ibarət olacaq. Ancaq bu rubrika ilə bağlı sizdən bir xahişimiz var: materialla birlikdə öz şəklinizi, həmçinin ev ünvanınızı, məktəbinizin nömrəsini, əlaqə telefonunuzun nömrəsini bizim elektron poçt ünvanımıza göndərməyi unutmayın.

Eyni zamanda, dərgimizlə bağlı fikir, təklif və tövsiyələrinizi də bizə yaza bilərsiniz. Biz də öz növbəmizdə hər məktubunuza cavab yazmağa, birlikdə çıxdığımız bu yolda hər zaman sizinlə birlikdə addımlamağa davam edəcəyik.

Dərgimizi abunə xidməti ilə sizə çatdırmaq istəyirik, əziz dostlar. Abunə şərtlərimiz arxa səhifədə verilmişdir.

Gələn ay görüşmək ümidi ilə…


Açar sözlər

qönçə dərgisi qönçə jurnalı uşaq dərgisi uşaq jurnalı


Abunə ol!