“Qönçə” dərgisi 10. say – İyul 2014


Gonca jurnali Iyul.indd
“Qönçə” dərgisi 10. say – İyul 2014
Dərgi haqqında
  • Çap tarixi: 2014
  • Səhifə: 36 səhifə
  • Ölçü: 210x297
  • Qiymət: 2.50 AZN

: 27/12/2014    : 564


Bu dərs ilində sonuncu dəfə qonaq oluruq sizlərə. Bilsəniz, sizdən ayrı qalmaq bizim üçün necə də çətindir. 2 ay görüşə bilməyəcəyik, əziz dostlar. İnşallah, oktyabr ayında yenə qapılarınızı döyəcək, yeni sayımızla sizi sevindirəcəyik.

Bu sayımıza maraqlı bir şəkilli hekayə ilə başladıq. Səma çiçəkləri adlandırdığımız kəpənəklər haqqında məlumatlar topladıq. Atların ayaq üstə yatmasından, erkək ağcaqanadların xortumlarından, qütb ayılarından da bəhs edəcəyik.

Hə, bir də, əlbəttə ki, yenə siz – sevgili dostlarımıza gözəl hədiyyəmiz var. “Bərəkət” nəşriyyatının sadiq oxucularının ən çox rəğbət göstərdikləri kitablardan birini – “Əyləncəli suallar”ı hədiyyə edirik sizə. Bir-birindən maraqlı, bir-birindən mürəkkəb məsələləri həll edərək yay tətilinizi səmərəli keçirmiş olacaqsınız.

Əziz qönçəsevərlər, iyun ayının 1-i hər il dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir. Bu il də ötən ayın birinci günü Bakı şəhərində gözəl bir tədbir – uşaq bayramı və kitab sərgisi keçirildi. “Bərəkət” nəşriyyatı və “Qönçə” dərgisi də orada idi. Uşaqlara hədiyyələr payladıq, çoxlu-çoxlu şəkillər çəkdirdik. O şəkillərin bir qismini yenə bu sayda görəcəksiniz.

Könül dostlarımız, sizinlə görüşmək üçün səbrsizliklə payızın gəlişini gözləyəcəyik. Oktyabr ayında 11-ci sayımızla yenidən görüşənədək, əziz qönçəsevərlər…


Abunə ol!