“Qönçə” dərgisi 11. say – Oktyabr 2014


qonce-dergisi-2014-11-sayi
“Qönçə” dərgisi 11. say – Oktyabr 2014
Dərgi haqqında
  • Çap tarixi: 2014
  • Səhifə: 36 səhifə
  • Ölçü: 210x297
  • Qiymət: 2.50 AZN

: 27/12/2014    : 787


İki aylıq ayrılıqdan sonra sevimli “Qönçə”niz yenə sizin görüşünüzə gəldi. Ötən il, “Qönçə” yenicə addımlamağa başladığı aylarda dərgimizə olan marağınız, diqqətiniz və sevginiz bizi daha da həvəsləndirdi. Və o həvəslə yeni tədris ilində könüllərinizə qonaq olmağa davam edəcəyik.
Bəli, “Qönçə” yenə açacaq, sevgili dostlar; bir-birindən gözəl hədiyyələri, maraqlı nağıl və hekayələri, qeyri-adi məlumatları, tələbkar tapmacaları ilə…
Artıq bir neçə gündür ki, məktəblər açılıb, ilk zənglər çalınıb. Sizə yeni tədris ilində dərslərinizdə müvəffəqiyyətlər, yüksək qiymətlər arzulayırıq.
Əziz qönçəsevərlər, əlinizdəki sayda “Dünyanı kim hirsləndirib?” sualına cavab axtaracaq, rənglərin necə əmələ gəldiyindən danışacaq, kosmosun tozsoranlarını, qütb parıltısını, əzələləri araşdıracağıq.
Əlbəttə, sonda maraqlı tapmacalarımız da sizi gözləyir. Onları da həll etməyi, gələn sayda isə cavablarınızın düzgünlüyünü yoxlamağı unutmayın.
Hə, əziz dostlar. Beləcə, biz başladıq. Gözəl Allahımız ömür verərsə, bu il də 10 ay fasiləsiz görüşəcəyik.
Hələlik…

qonce-dergisi-2014-oktyabr-arxa-qapaq


Abunə ol!