“Qönçə” dərgisi 12. say – Noyabr 2014


qonce-dergisi-12-sayqapaq
“Qönçə” dərgisi 12. say – Noyabr 2014
Dərgi haqqında
  • Çap tarixi: 2014
  • Səhifə: 36 səhifə
  • Ölçü: 210x297
  • Qiymət: 2.50 AZN

: 27/12/2014    : 591


Xoş gördük, könül dostlarımız…

Bu tədris ilində ikinci görüşümüzə gəlirik sizinlə. Saylarımızın ürəyinizcə olması, dərgimizin içindəkilərə olan marağınız bizi daha da həvəsləndirir və bu görüşü hər ay iplə çəkirik.

Əziz qönçəsevərlər! Dərgimizə abunə olmaq üçün etdiyiniz müraciətlər, ardı-arxası kəsilməyən zənglər isə bizi lap sevindirir.

Biz də çalışırıq ki, hər ay bir-birindən maraqlı rubrika və yazılarla çıxaq qarşınıza.

Beləliklə…

Bu sayda əvvəlcə sizə şəkilli bir hekayə təqdim edəcək, ardınca maraqlı və nəsihətamiz iki əhvalat “danışacağıq”. “Gülüş çələngi” ilə doyunca güləcək, elmi məlumatlar və digər hekayələrlə isə əməlli-başlı düşünəcəksiniz. Bundan başqa, gizlənqaç oynayan buqələmunlar, hörümçək torunun möcüzəvi quruluşu, bədənimizdəki “qeyri-adi” maddələr haqqında da məhz bu sayda öyrənəcək, bilik dağarcığınızı genişləndirəcəksiniz.

Və əlbəttə ki, sonda “Düşün, tap” rubrikamızla sizi, həmişə olduğu kimi, düşündürücü məsələlərdən çıxış yolu tapmağa dəvət edəcəyik.

Bax belə, sevimli dostlar. İndi isə sizi “Qönçə” ilə baş-başa buraxırıq. Gələn ay görüşənədək…


Abunə ol!