“Qönçə” dərgisi 13. say – Dekabr 2014


qonce-dergisi-13-say-qonce
“Qönçə” dərgisi 13. say – Dekabr 2014
Dərgi haqqında
  • Çap tarixi: 2014
  • Səhifə: 36 səhifə
  • Ölçü: 210x297
  • Qiymət: 2.50 AZN

: 27/12/2014    : 619


Bir qış günü sizin görüşünüzə gəlməyin hə­yə­ca­nını yaşayırıq. Artıq dərs ilinin birinci yarısını ba­şa vurmaq üzrəsiniz. Sadəcə olaraq inanırıq ki, qön­çəsevərlər həmişə olduğu kimi, bu yarımildə də öz təlim və tərbiyə qiymətləri ilə valideynlərini və əlbəttə ki, bizləri sevindirəcək.

Əziz qönçəsevərlər, sizi qarşıdan gələn Dünya Azər­baycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, sizlərə uğurlar, xoşbəxtlik və ailə səadəti arzulayırıq.

Bu sayımıza “Nadir tapılan gözlük”lə başladıq. Ardınca xoşbəxt insanlar ölkəsinə kiçik bir səyahətimiz oldu. Çox maraqlıdır, elə deyilmi? Bir azdan siz də bizimlə birlikdə olacaqsınız bu səyahətdə.

Əziz dostlar, Allahın bizə bəxş etdiyi olduqca dəyərli orqanlarımızdan biri olan dişlər haqqında da söhbət açdıq bu dəfəki sayımızda. Sonra ən bahalı ədviyyatdan, poçt göyərçinlərindən, be­yinin funksiyalarından və s.-dən bəhs etdik.

Ümid edirik ki, gələn il – 2015-ci ildə yenə ev­­lərinizə, könüllərinizə qonaq olmağa davam edəcəyik. Sözləşdiyimiz kimi, əziz qönçəsevərlər. Düz avqust ayına kimi birlikdəyik, inşallah.

Hələlik isə sizə xoş və faydalı tətil arzulayır, sizi sevimli dərginizi vərəqləməyə dəvət edirik. Görüşənədək…


Abunə ol!