“Qönçə” dərgisi 15. say – Fevral 2015


qonce-dergisi-15-say-fevral-2015-on-qapaq
“Qönçə” dərgisi 15. say – Fevral 2015
Dərgi haqqında
  • Çap tarixi: 2015
  • Səhifə: 36 səhifə
  • Ölçü: 210x297
  • Qiymət: 2.50 AZN

: 27/01/2015    : 1. 039


Toya çağırılan ulaq

Qədim zamanlarda bir meşə vardı. Bu meşədə heyvanlar şad-xürrəm güzəran keçirirdilər. Heyvanların arasında illərlə fermada işləmiş qoca bir ulaq vardı. O, meşəyə sonradan gəlmişdi. Buna görə də elə çox dostu yox idi. Əvvəllər buna kədərlənsə də, get-gedə alışmışdı.

Onunla dostluq etməyən, onu özlərinə yaxın buraxmayan heyvanlar nə vaxt işləri düşsə, dərhal yanına qaçırdılar. Qunduzlar köməyə ehtiyacları olanda ulağı tapır, şirin dillərini işə salıb ağacları onun belinə yükləyirdilər. Ayılar meşədən yığdıqları armudları mağaraya daşıyanda yenə ulaq yada düşürdü. Meymunların bananını, dovşanların kökünü də həmişə yazıq ulaq daşıyırdı. Heç kim onunla dostluq eləməsə də, işləri düşən kimi onu axtarıb tapırdılar.

Oturub söhbət edəndə ulağın nə qədər yaxşı heyvan olduğunu deyir, onu ağızdolusu tərifləməkdən doymurdular. İş yoldaşlıq eləməyə, yeməyə, birlikdə otlamağa gələndə isə, hərə bir bəhanə tapıb aradan çıxırdı. Bunları başa düşən yaşlı ulaq çox qüssələnsə də, əlindən bir şey gəlmirdi. Bir vaxtlar meşəni tərk edib başqa yerlərə getməyi düşünmüş, ancaq çox keçmədən bu fikrindən vaz keçib, taleyi ilə barışmışdı.

Bir gecə zebra meşədə balalamışdı. Bu münasibətlə bir ziyafət təşkil edib bütün heyvanları dəvət etmişdi. Həmişəki kimi yaşlı ulaq yenə də “yaddan çıxmışdı”. O, qulaqlarını sallayıb qəm-kədər içində göz yaşı tökürdü.

Günlər beləcə keçirdi. Bir gün bütün meşəyə belə bir xəbər yayıldı ki, heyvanların şahı aslan öz qızına toy edir. Hamı günlərlə çəkəcək toydan və toyqabağı hazırlıqlardan danışırdı. Meşədə bundan maraqlı heç nə yox idi.

Bu toyla bağlı ən maraqlı hadisələrdən biri də aslanın ulağı toya dəvət etməsi oldu. Ulağın toya çağırılması meşədəki bütün heyvanları təəccübləndirdi.

Göydəki qartallar, sudakı balıqlar bir-birinə hay saldılar: “Eşitmisiniz? Aslan toya ulağı da çağırıb. Şaha elə bu yaraşır”. Ulaq toya dəvət edildiyini şahın xidmətçisi tülküdən eşitmişdi. Tülkü meşədə ulağı tapdı:

“Eşitmisən? Şahımızın yeganə qızı Aslanaz gələn həftə ailə qurur. Şahımız bu toya sizi də çağırıb. Ancaq şah sizi toydan iki gün əvvəl gözləyir.

Mətləbdən hali olan ulaq dilləndi:

“Şahımızın bu xoş dəvəti məni çox məmnun etdi, tülkü qardaş. Bilirsən, bugünəcən heç kim məni nə yeməyə, nə toya, nə də ad gününə çağırıb. Ancaq işləri olanda yadlarına düşürəm. Bu şah məni toya niyə çağırsın ki? Ya odun yoxdur ocaqların altında, ya da su yoxdur qazanların içində. Şahımıza təşəkkür edirəm. Mən artıq bu meşədə qala bilmərəm. Getsəm, yaxşıdır.


Açar sözlər

15. say qönçə dərgisi ulaq uşaq hekayələri


Abunə ol!