“Qönçə” dərgisi 18. say – May 2015


Gonca jurnali may 2015 ikinci.indd
“Qönçə” dərgisi 18. say – May 2015
Dərgi haqqında
  • Çap tarixi: 2015
  • Səhifə: 36 səhifə
  • Ölçü: 210x297
  • Qiymət: 2.50 AZN

: 16/05/2015    : 684


Bir kasa süd

Neçə saatdır, bu köhnə yaşıl qa­pının qabağında gözləyirəm. Görəsən, nə qədər vaxt keçib? Heç kim gəlməyəcək?

Günəş sapsarı bir ip yumağı ki­mi böyüdü, sonra da yox olub get­di. Huuvv! Külək də əsir. Hava da soyumağa başladı. Həyətin bir küncünə qoyulmuş boş kasa ilə bir-birimizə baxırıq. Nə Əminə nənə, nə də Həsən baba görsənir. Özüm də çox acmışam. Burda tək-tənha nə edəcəm?

Əminə nənə bu yaşıl qapılı köh­nə evin xanımıdır. Həsən baba da onun əridir. O, uzun boylu, enli kürəkli bir kişidir. Ancaq qocalıq onu lap əldən salıb, saqqalı da çallaşıb.

Bizim qayğıkeş dostumuzdur. Biz deyəndə, yəni mən və iki dostumun…

Hava çox qaralmışdı. Uzaqdan itlərin səsi gəlirdi. Canıma qor­xu düşdü. Demək, bu gün heç biri gəlməyəcək. Bizi yaddan çıxarıblar. Yazıq dostlarım evdə hələ də məni gözləyirlər. Onlara nə deyəcəm? Onlar məndən kiçikdilər. Bəlkə də, yatıblar.

Əminə nənə gəlsin, mən ona nə deyəcəyimi yaxşı bilirəm: “Əmi­nə nənə, mən səndən küsmüşəm. Bir də uzun quyruqlu siçovulları gö­rən­də məni çağırma. Ac qalaram, amma onları tutmaram. Sən bizi burda unudub getməzdin axı! Yaxşı, elə olsun… ”

Bunları fikirləşə-fikirləşə elə oradaca məni yuxu aparıb. Sə­hə­­rə qədər heç nədən xəbə­rim­ olmayıb…

Günəşin şüaları gözümə dü­şüb məni yuxudan oyatdı. Acın­dan mədəm quruldayırdı. Heç bilmirdim, nə qədər vaxt keçmişdi. Yenə yuxuya getdim. Kiminsə başımı oxşadığını hiss edəndə gözlərimi açdım. Hə­sən babanın iri əllərini gördüm. Sevinclə miyoldadım.

Həsən baba hər şeyi mənə danışdı. Sən demə, Əminə nənənin gözləri ağrıyırmış. Həkim əməliyyat olunmasını məsləhət görüb. Onlar da kəndə qayıtmayıb, şəhərdəki qohumlarıgildə qalıblar. Əminə nənə ancaq bizi fikirləşib: “Pişiklər necə olacaq, – deyib, – yazıqlar ac qalacaqlar”. Belə deyəndə Həsən baba da dayana bilməyib. Əminə nənəni şəhərdə qoyub, bizə süd içirməyə gəlib.

Bunları biləndə çox sevindim. Əminə nənə haqqında dü­­­şün­dük­lərimə görə yaman peşman oldum. Baxın heç biri bizi yaddan çıxarmayıb. Əminə nənə xəstə olsa da, bizi fikirləşib. Həsən ba­ba da bu qədər uzun yolu gəlib ki, bizə süd içirsin. İndi deyin görüm mən sevinməyim, kim sevinsin…

Tez gedib yuvamızdan dostlarımı çağırdım. Biz qarşıdakı evin damının bir küncündə yaşayırıq. Qaça-qaça gəldilər. Südümüzü sevinclə içdik. Ox, ox, lap ləzzət elədi. Qarnımız doyandan sonra dostlarım bir tərəfə çəkilib yatdılar. Mən də göy üzündə gülümsəyən sapsarı yumağımın işıqlarıyla oynadım…

 


Açar sözlər

bir kasa süd qönçə dərgisi qönçə jurnalı süd uşaq dərgisi uşaq jurnalı


Abunə ol!