“Qönçə” dərgisi 23. say – Dekabr 2015


qonce-dergisi-abune-23-say-dekabr-sayi
“Qönçə” dərgisi 23. say – Dekabr 2015
Dərgi haqqında
  • Çap tarixi: 2015
  • Səhifə: 36 səhifə
  • Ölçü: 210x297
  • Qiymət: 3.50 AZN

: 04/12/2015    : 902


Güzgü
Bir meşədə heyvanların şahı aslan yaşayırdı. Bu aslan ədalətli və öz xalqının qeydinə qalan bir şah idi. Camaatı tez-tez başına yığar, onların dolanışığı ilə maraqlanardı. Heyvanlar da bu yığıncaqlarda öz dərdlərini şaha danışardılar.
İllər keçdikcə bu yığıncaqlar heyvanların gözündə adiləşdi. Heyvanlar artıq şahın hüzuruna gedərkən üst-başlarına, təmizliklərinə fikir vermirdilər. “Necə olsa, şah çox təvazökar və rəhmlidir. Onsuz da, bizimlə tez-tez görüşür. Şahın hüzuruna belə getsək də, bir şey olmaz”, − deyə düşündülər.
Vəziyyət o həddə çatdı ki, skunsun qoxusu bütün aləmi bürüdü. Şimpanzenin bitləri şaha belə daraşdı. Filin qaldırdığı toz begemotun sulu bədəninə yapışdı. Zebranın pis qoxulu gəyirtisi şahı lap hövsələdən çıxartdı.
Dünyagörmüş aslan bunun qarşısını almaq üçün meşəyə iri bir güzgü gətirtdirdi. Və əmr elədi ki, heç kim təmizlənmədən, dırnaqları­nı kəsmədən və həmin güzgüyə baxıb özünə əl gəzdirmədən yığıncağa gəlməsin.
Şahın bu əmri bütün heyvanları təşvişə saldı. Çünki heyvanlar bilirdilər ki, şahın dediklərinə əməl etmədən yığıncağa gəlmək olmaz. Yığıncaqlarda iştirak etmədikdə də dərdlərinə çarə tapılmayacaqdı. Heyvanlar çarəsiz qalıb bu əmri yerinə yetirməyə başladılar.
Fil güzgünün qarşısına keçib özünə baxanda çox utandı. Öz-özünə fikirləşdi ki, palçıq “vannası” vacib olsa da, camaat arasına belə çıxmazlar axı. Meymunlar daranıb təmizləndilər, begemotlar da bədənlərini quruladılar. Artıq bütün heyvanlar hər gün güzgüdən istifadə edir, özlərinə əl gəzdirirdilər. Heyvanların təmizliyə riayət etdiyini görən aslan ogünkü yığıncağı bu sözlərlə bitirdi:
– Əziz xalqım, meşəyə gətirtdiyim bu güzgü sayəsində bütün heyvanlar öz zahiri qüsurlarını gördü və düzəltdi. Yaxşı dost da güzgü kimidir. Güzgü xarici görünüşümüzü göstərdiyi kimi, yaxşı dost da bizim daxilimizi əks etdirir. Bizə yanlış söz və davranışlarımızı göstərir. Bu gündən sonra sizlərdən bir istəyim də olacaq. Hər kəs özünə daxilini olduğu kimi göstərən və qüsurlarını deyən bir dost seçsin. Üstəlik, heç kəs bu dostunun dediklərindən inciməməyə söz versin.
Bu hadisədən sonra heyvanlar arasında elə bir dostluq, qardaşlıq və mehribanlıq yarandı ki, hətta başqa meşələrin sakinləri onlara qibtə eləməyə başladılar. Üstəlik, evlərinə güzgü də qoydular. Ancaq bilmirdilər ki, onlar məhz dürüst dostlar sayəsində belə mehriban yaşayırlar.


Açar sözlər

qönçə qönçə dərgisi qönçə jurnalı uşaq dərgisi uşaq jurnalı


Abunə ol!