“Qönçə” dərgisi 4. say – Yanvar 2014


Gonca jurnali Yanvar.indd
“Qönçə” dərgisi 4. say – Yanvar 2014
Dərgi haqqında
  • Çap tarixi: 2014
  • Səhifə: 36 səhifə
  • Ölçü: 210x297
  • Qiymət: 2.50 AZN

: 27/12/2014    : 469


Sizin görüşünüzə gəlmək bizdə hər ay fərqli bir həyəcan doğurur. Sizin dərgimizə göstərdiyiniz maraq bizi daha da həvəsləndirir və çalışırıq ki, mövzularımız bir-birindən maraqlı olsun.

Bu sayımıza ibrətamiz bir nağılla başladıq. Ardından robotlar haqqında məlumatlar tapdıq sizlərə. İlk robotların kəşfi, robotlardan hansı sahələrdə istifadə olunduğu və s. haqqında bilgilər əldə edəcəksiniz. Şəkilli hekayələri çox sevdiyinizi nəzərə alaraq bu sayımızda da sizlərə şəkilli hekayə təqdim edirik. İnanırıq ki, bu hekayə gələcək həyatınızda siz dəyərli dostlarımıza yol göstərəcək.

Bu soyuq qış günlərində küləklərdən də danışmağı unutmadıq. Fırtınalar, qasırğalar, tufanlar haqqında elmi məlumatlar topladıq. Əlbəttə, bütün bunlarla bərabər, “Maraqlan ki, öyrənəsən”, “Psixoloji test”, “Ordan-burdan” rubrikalarını da, həmişə olduğu kimi, sevə-sevə oxuyacağınızdan əminik. Hə, “düşün”üb “tap”mağı da unutmayın, yaxşı? Bir də keçən sayda tapdığınız tapmacaların cavablarını bu sayda yoxlamaq şansınız var. Görün düz eləmisinizmi?

Əziz dostlar! Keçən sayımızda sizlərə təqvim hədiyyə etmişdik. Təqvimi otağınıza asıb bizləri xatırlamağınız üçün… Təqvim həm də bizə ömrümüzü, ömrümüzdən keçib-gedən günləri xatırladır. Çalışaq ki, bu şən dünyamızda bir-birimizi incitməyək. Valideynlərimizin, müəl­limlərimizin sözlərinə qulaq asaq. Axı onlar heç vaxt bizə pis şeylər öyrətməzlər. Böyüklərimizin qədrini bi­lək ki, böyüyəndə peşman olmayaq. Bu sayımızda da sevimli dərginizin adını daşıyan nişan hədiyyə edirik sizlərə.

Bax belə, dəyərli qönçəsevərlər. Bizim deyəcəklə­ri­miz hələ ki, bu qədər. İndi isə söz “Qönçə”nindir.


Abunə ol!