“Qönçə” dərgisi 6. say – Mart 2014


Gonca jurnali Mart.indd
“Qönçə” dərgisi 6. say – Mart 2014
Dərgi haqqında
  • Çap tarixi: 2014
  • Səhifə: 36 səhifə
  • Ölçü: 210x297
  • Qiymət: 2.50 AZN

: 27/12/2014    : 641


Dərginizin yeni bir sayı. Və biz yenə sizin gö­rü­şü­nüzə gəldik. Bu sayımızda nələr var nələr…

Sürtünmə qüvvəsinin nə olduğunu bilirsiniz?

Yalan danışan insanların axırını necə?

Sirk çadırları niyə dairə formasındadır?

Hamısının cavabını verəcəyik. Üstəlik sizlərə kə­pə­nəklər, begemotlar haqqında da məlumatlar ve­rə­cək, maraqlı nağıllar danışacağıq.

Əziz dostlar! İlk saylarımızda da elan etmişdik ki, sizin “Qönçə”nizdə tamamilə sizin olan “Poçt qatarı” adlı rubrika açmaq istəyirik. Bunun üçün sizdən şeir, hekayə, rəsm, maraqlı məlumatlar və s. gözləyirik. Bunlardan hər hansı birini, eyni zamanda öz şəklinizi, oxuduğunuz məktəbin və sinfin nömrəsini, həmçinin bir əlaqə telefonunu elektron poçt ünvanımıza (info@qoncedergisi.az) göndərməyiniz kifayətdir.

“Poçt qatarı”nda gəzintiyə çıxmaq istəyən dost­la­rı­mız, tələsin!

Dəyərli qönçəsevərlər. Bilirsiniz ki, 8 Mart Bey­nəl­xalq Qadınlar Günüdür. Yəqin ki, siz də ana­nı­za hədiyyə almağı düşünürsünüz. Bu sayın üzə­­rin­də­ki şəkil çərçivəsi məhz bunun üçündür. Ananız­la birlikdə şəkil çəkdirib gözəlcə çərçivələyin və masanızın üzərinə qoyun. Hə, ananızı bizim əvəzimizə də təbrik etməyi unutmayın ha…

Bax belə, əziz dostlar. Qismət olsa, gələn ay gö­rü­şərik: yeni dərgi və təbii ki, yeni hədiyyə ilə.


Abunə ol!