“Qönçə” dərgisi 7. say – Aprel 2014


Gonca jurnali Aprel.indd
“Qönçə” dərgisi 7. say – Aprel 2014
Dərgi haqqında
  • Çap tarixi: 2014
  • Səhifə: 36 səhifə
  • Ölçü: 210x297
  • Qiymət: 2.50 AZN

: 27/12/2014    : 517


Bir ayın tamamında biz yenə sizin görüşünüzə gəldik. Həmişə olduğu kimi bir-birindən maraqlı, əyləncəli, öyrədici rubrikalarımızla.

Bu dəfə ilk olaraq şəkilli hekayə qarşılayacaq sizi. Fil ilə siçanın dostluğundan danışacağıq. Heç fil də siçanla dost olar? Darıxmayın, bir azdan biləcəksiniz.

Növbəti səhifədə yenə dostluqdan danışılır. Bu dəfə səma cisimlərinin dostluğundan. Axı onların dostluğu pozulsa, dünya dağılar və biz yaşaya bilmərik.

Əziz dostlar. Bir neçə gün əvvəl qönçəsevərlərdən biri işıqforlarla söhbət edib. Həmin söhbəti də bu sayımızda yayımladıq. Oxuyun görün işıqlar bizə nə deyir?

Əlbəttə, ənənəvi rubrikalarımızda yenə sizlər üçün olduqca maraqlı məlumatlar hazırlamışıq.

Əziz qönçəsevərlər! “Poçt qatarı” rubrikamız da sizinlə görüşmək üçün o qədər səbirsizlənir ki. Bilirsiniz də, bunun üçün sizin köməyiniz lazımdır. Göndərəcəyiniz şeirlər, hekayələr, rəsmlər, maraqlı məlumatlar bu rubrikanın açılma səbəbi olacaq. Artıq elektron poçt ünvanımıza bəzi dostlarımız tərəfindən yazılar göndərilib. Ancaq bunların sayı çox olmalıdır. Digər dostlarımızı da bu işdə fəal iştirak etməyə çağırırıq.

Hələlik bu qədər.

İndi isə söz sevimli dərginizindir.


Abunə ol!