“Qönçə” dərgisi 8. say – May 2014


Gonca jurnali May.indd
“Qönçə” dərgisi 8. say – May 2014
Dərgi haqqında
  • Çap tarixi: 2014
  • Səhifə: 36 səhifə
  • Ölçü: 210x297
  • Qiymət: 2.50 AZN

: 27/12/2014    : 560


Sizin görüşünüzə g əlmək həmişə olduğu kimi, bu ay da bizlərə sevinc bəxş etdi. Yenə siz — sevgili dostlarımız üçün nələr hazırlamışıq, nələr…

Əvvəlcə hədiyyənizdən başlayaq. Əziz qönçəsevərlər! Yay tətilinə çıxacağınızı nəzərə alaraq bu ay sizlərə “Bərəkət” nəşriyyatından maraqlı bir kitab hədiyyə edirik. Bu kitabla birgə sizlərə xoş istirahətlər arzulayırıq.

Əlbəttə, tətil, istirahət yalnız əyləncə deyil. Bu uzun yay tətilində inanırıq ki, asudə vaxtlarınızın müəyyən hissələrini mütaliə etməklə (kitablar oxumaqla) keçirəcəksiniz. Biz də düşündük ki, “Qönçə”nin yay saylarında sizə maraqlı kitablar hədiyyə edək. Beləcə, dərginizlə birlikdə həmin kitabları da oxuyasınız. Hə, bir də inanırıq ki, illik yekun qiymətləriniz yaxşı olacaq. Axı qönçəsevərlər dərslərini də yaxşı oxumalı, müəllimlərini və valideynlərini sevindirməlidirlər.

Sevimli dostlar… O ki qaldı əlinizdəki dərgiyə, bu sayda insanları bağışlamamağın necə ağır olduğunu öyrənəcək, yapon arıları haqqında bilmədiklərinizi biləcəksiniz.

Ana şəfqətini “Çətir” hekayəsindən dinləyəcək, hüceyrə aləminə səfərə çıxacaq və əlbəttə, ənənəvi rubrikalarımızla yenə görüşəcəksiniz.

Buyurun! Sizə xoş istirahətlər, xeyirli mütaliələr…

Gələn ay görüşmək ümidi ilə…


Abunə ol!