Rəhilə Rahim (Daşdiyeva) “MÖHTƏŞƏM RAMAZAN” şeiri


: 03/06/2017    : 232


      MÖHTƏŞƏM RAMAZAN

Allaha   bəlli   o   Lövhi   Məhfusdan,

Vəhylər   ötürən     cənab    Cəbrayıldan,

Muhəmməd  peyğəmbərə gəldi Quran!

Sən nə qədər möhtəşəmsən Ramazan!

Qədr   gecəsi    surəsi   bir  Allahdan,

Savabıyla    xeyirlidir    min    aydan,

Səbrlə  gözləyir  səni  cəm müsəlman!

Sən nə qədər möhtəşəmsən Ramazan!

O     gecəyə     salamatlıq,     tanrıdan,

Mələklər,    Cəbrayıl     O    gecə   bir   an,

Əmr   aldılar  uca  Allah dərgahından!

Sən nə qədər möhtəşəmsən Ramazan!

On     iki      ay     içərisində     Sultan,

Allahın      vəhylərini      ilk   yaşadan,

Uca    tanrıdan    nazil   oldu    Quran!

Sən nə qədər möhtəşəmsən Ramazan!

Rəbbim, dünyaya göz açan zamandan,

Bəlli    oldu    mənə    ata,   anamdan,

Ocağımızda    oxunan    O   Quran!

Sən nə qədər möhtəşəmsən Ramazan!

Rəbbim, dünyanı dərk edən anlardan,

Ramazan  səfi   gördüm   insanlardan,

Simalar tamam çöhrələnmiş nurdan,

Sən nə qədər möhtəşəmsən Ramazan!

İradə       yarışındadır      müsəlman,

Dözümlülük,  fəqət  bu  bir  imtahan,

Oruc     namazıyla     ucalar     insan!

Sən nə qədər möhtəşəmsən Ramazan!

Bakı ş. Nəsimi rayonu, 240 saylı

Tam   Orta   Məktəbin   Ve  sinif

şagirdi Rəhilə Rahim (Daşdiyeva)


Açar sözlər

Rəhilə Rahim