Rəhilə Rahim “Gülbahar müəlliməmiz” şeiri


: 02/03/2017    : 286


GÜLBAHAR MÜƏLLİMƏMİZ

Əsl valideyn istəyimiz,
Tale, yazı qismətimiz,
Tükənməz çeşmə sevgimiz,
Gülbahar Müəlliməmiz!

Nə qədər əmək çəkdiniz,
Çətinliyə öyrətdiniz,
Elmlərə yetişdirdiniz,
Gülbahar Müəlliməmiz!

240 saylı doğma məktəbimiz,
Esmira xanımla Siz,
Bizi bir ailə etdiniz,
Gülbahar Müəlliməmiz!

Əziz məktəb illərimiz,
Bahar nəfəsli şeirimiz,
Bal qədər şirin nəğməmiz,
Gülbahar Müəlliməmiz!

Dörd il məktəb tariximiz,
Necə də xoşbəxtlərik biz.
Arzudur, – qalsın izimiz.
Gülbahar Müəlliməmiz!


Açar sözlər

Gülbahar müəlliməmiz Rəhilə Rahim