Səfərov Hüseyn


: 04/03/2015    : 362


Kitab bilik mənbəyidir

Səfərov Hüseyn

Yevlax şəhəri, Ş. Qurbanov adına 8 saylı tam orta məktəbin 9a sinfi

Kitabsız insan həyatını təsəvvür etmək olmaz. Kitab oxumayan, mütaliə etməyən insan susuz səhrada azmış insana bənzəyir. Cəmiyyət içində insanın formalaşmasında, özünü dərk etməsində kitabların rolu böyükdür. Biz lap uşaq vaxtlarımızda, hələ hərfləri tanımadığımız vaxtlarda ilk öncə şəkilli kitablara baxıb dünyagörüşümüzü artırırıq. Sonra bağçada, daha sonra məktəbdə kitab vasitəsilə biliyə yiyələnirik. Kitab oxumayan insan həyatda özünə yer tapa bilməz. Çünki savadsızlıq insanı uçuruma aparır. Elmsiz insan ömrü boyu kitab oxumamağın əziyyətini çəkir. Sənətindən asılı olmayaraq, hər kəs kitab oxumalı, oxuduqlarından nəticə çıxarmalıdır.

Kitab oxumaq vacibdir. İn­san hər yaşda oxumalı, ma­a­riflənməli, mütaliə etməlidir. Kitab oxumaq insanın biliyini, dünyagörüşünü artırır, nitqini aydın izah etməkdə ona köməklik göstərir. Savadlı insan öz hüquq və azadlığını qorumağı bacarır.

Mən dərslərimi kitablar vasitəsilə öyrənirəm. Daha sonra vaxt tapan kimi çalışıram ki, bədii kitablar oxuyum. Ən son oxuduğum kitab ingilis yazıçısı Mark Tvenin “Şahzadə və dilənçi” əsəridir. Əsərdə mənə maraqlı gələn birinin cah-cəlal içində yaşamasına baxmayaraq, həyatını sıxıcı, o birisi isə həyatın çətin üzünü görməsinə baxmayaraq, özünü xoşbəxt saymasıdır… Bununla kitablar bizə öyrədir ki, xoşbəxtlik heç vaxt pul ilə alına bilməz. Elə çətinliklərə sinə gərməyi də bizə kitablar öyrədir. Buna görə də biz kitablara borcluyuq.


Açar sözlər

bilik dərs Hüseyn kitab mənbə