Səlim Rzayev


: 14/04/2017    : 228


Səlim Rzayev, 53 saylı orta məktəbin 3-cü sinif şagirdi

ƏKİNÇİ VƏ ONUN İTLƏRİ

Biri vardı, biri yoxdu, Elbəy adlı əkinçi vardı. Əkinçi hər gün öz həyətindəki bostanda pomidor, xiyar, kələm və başqa tərəvəzlər becərirdi. Hamı ona Elbəy qardaş deyirdi. O, müdrik bir insan idi. Bir gün Elbəy qardaş nahar edib bostana gedərkən yolda iki küçüklə rastlaşdı. Elbəy qardaşın küçüklərə yazığı gəldi və onları öz evinə apardı. Onlara süd və çörək verdi. Elbəy qardaş küçükləri bir neçə il saxladı və onlar böyüyüb iri it oldular. O artıq itlərə xalta bağlayırdı. Elbəy qardaş onlara ad da qoymuşdu. İtin biri Toplan, biri isə Bozdar idi.

Bir gün Elbəy qardaşın qonşusu Xanların Məstan adlı pişiyi küçəyə çıxarkən Bozdar onu qovmağa başladı. Bunu görən Elbəy qardaş və Xanlar onları evlərinə apardılar. Elbəy qardaş Bozdarı, Xanlar isə Məstanı danladı. Bunu görən Toplan da Bozdarı danlamağa başladı və bir də Məstanı qovmamağı tapşırdı.

Səhəri gün Elbəy qardaş yenə bostan getdi. O, özü ilə Toplan və Bozdarı da aparmışdı. Elbəy qardaş itlərindən ona pomidor-xiyar yığmaqda kömək etmələrini istədi. Onlar axşama qədər pomidor-xiyar yığdılar. Axşam evə gələrkən Elbəy qardaş yolda su quyusuna düşdü. İtlər bunu görüb ip gətirdilər və onu quyuya salladılar. Bozdar ipdən, Toplan isə Bozdarın ayaqlarından yapışaraq Elbəy qardaşı quyudan çıxardılar. Elbəy qardaş Toplanla Bozdara təşəkkür etdi. O, evə gəldikdən sonra itlərin köhnə xaltasını çıxarıb onlara gümüşü xalta taxdı.