Səma Adilli


: 02/03/2017    : 212


                                                           Gecə yaxşıdır, yoxsa gündüz?

Biri var idi, biri yox idi. Bir günəş vardı. O, çiçəyə deyir:

– Çiçək, gecə yaxşıdır, yoxsa gündüz?

Çiçək gözəl olduğu üçün “gecə” deyir. Günəş pis olub budağın yanına gedir və eyni sualı yenə soruşur. Gecə sərin olduğu üçün budaq da “gecə” deyir. Günəş yenə pis olur. Və  torpağın yanına gəlir. Torpaqdan soruşur:

– Gecə yaxşıdır, yoxsa gündüz?

Torpaq deyir:

– İkisi də yaxşıdır.

Günəş soruşur:

– Necə yəni ikisi də.

Torpaq deyir:

– Günduz havanı aydınlatdığına görə, gecə isə uşaqları yatmağa xəbərdarlıq etdiyinə görə.

 

Adilli Səma.


Açar sözlər

Səma Adilli