Sübhan Haqverdiyev


: 04/03/2015    : 311


Maraqlı Məlumatlar

Sübhan Haqverdiyev

Dünya üçün istedadlı aktyor, ailəsi üçün isə sadəcə qəhrəman biri. “Cessna 202” təyyarəsi ilə aktyor və onun ailəsi Şərqi Afrika üzərində kiçik bir səyahətə çıxmışdı. Uçuş zamanı qəfildən pilot huşunu itirir. “Mr. Bin” və ailə üzvləri pilotu hər nə qədər ayıltmağa çalışsalar da, bu, mümkün olmur. İdarəsiz qalmış təyyarə uçuş xəttindən çıxmağa başlayır. Bu zamana qədər hələ bircə dəfə belə olsun təyyarə sükanı arxasına keçməyən R. Atkinson əlacsız şəkildə təyyarənin idarəetməsini əlinə alır. 45 dəqiqəyə yaxın təyyarənin sükanı məhz istedadlı aktyorun əlində olur. Xoşbəxtlikdən pilot özünə gəlir və uğurla təyyarəni Nayirobidəki Vilson hava limanına endirmək mümkün olur. Daima gülməli rollarda çıxış edən “Mr. Bin” sən demə, həqiqətən, “Conni English” imiş…