Süleymanlı Tamilla, “Ana” şeiri


: 22/02/2017    : 208


Süleymanlı Tamilla – Gənc İstedadlar liseyinin 6a sinif şagirdi   

Ana (ad gününə)

Yemək bişirər,
Təmizlik edər.
Zəhmətkeş anam,
Gözəl anam.

Övladını əzizləyər,
Qayğısına qalar.
Mənim üçün çalışar,
Qayğıkeş anam.

Bu gün anamın
Ad günü, şad günüdür.
Bu gün düzəltdim
Zəhmətimlə açıqca.
Sənin üçündür, ana,
Əlimdəki açıqca.

Şeirim pis olsa da,
Şəklim pis olsa da,
Bunu bilməni istərəm,
Mən səni çox istəyirəm.


Açar sözlər

ana şeiri şeir