Yusif Məmmədov


: 14/02/2015    : 459


YAZ GƏLİB

Yusif Məmmədov
115 saylı orta məktəb

Yaz gəlib açılıb güllər,
Yaşıllaşıb çəmən, düzlər.
Qonaq gəlib quş, bülbüllər,
Mən sevirəm gözəl yazı.

Bağçada quşlar oxuyur,
Uşaqlar güllər qoxuyur.
Çaylar daşıb sel tək axır,
Bənövşələr bizə baxır,
Mən sevirəm gözəl yazı.

Sürülər çıxır yaylağa,
Çobanlar köçür oylağa.
Hey mələşir keçi, dana.
Yaz gəlibdir obalara
Mən sevirəm gözəl yazı.