Zübeyr Mustafa


: 04/03/2015    : 354


 

Zübeyr

Dostluq

Zübeyr Mustafa

Masazır, 3 saylı məktəbin 2a sinfi

Biri var idi, biri yox idi. Bir it var idi. Adı Toplan idi. Toplanın ən yaxşı dostu Məstan adlı pişik idi. Toplan ev iti idi. Bir gün Toplan açıq qapıdan çıxdı. O xarabalıqdakı itlərin yanına qaçdı. Başçı it Toplandan adını soruşdu:

− Sənin adın nədir?

− Mmmmm… Toplandır.

− Ən yaxın dostun kimdir?

− Məstan adlı pişikdir.

İtlərin hamısı gülüşdü. Başçı it də güldü və dedi:

− Heç pişikdən itə dost olar?

Toplan fikirləşdi ki, başçı it haqlıdır. Məstan onunla oynamağa gələndə Toplan qaçdı. Məstan buna çox kədərləndi.

Bir gün Toplan küçədə azdı. Pişiklər yolu tapmaqda usta olduqları üçün Məstan da elə idi. O, Toplana yardım etdi. Toplan səhvini başa düşdü və çox utandı. Onlar yenə dost oldular.


Açar sözlər

dostluq toplan Zubeyr